Sağlamlığınız və təhlükəsizliyiniz prioritetimizdir

Əziz KFC qonaqları,

Biz də Sizin kimi Koronavirus (COVİD-19) barəsində xəbərləri izləyib gündəlik işimizi hazırkı vəziyyətin tələblərinə uyğunlaşdırırıq. Azərbaycanda 11  restorana sahib olan şəbəkəmiz üçün əməkdaşlarımızın səhhəti, sözsüz ki, bizim üçün prioritet olaraq qalır, və bu səbəbdən Sizin təhlükəsizliyiniz üçün biz də öz növbəmizdə bütün zəruri tədbirləri həyata keçiririk.

Biz təmizlik və dezinfeksiya tədbirlərini daha da gücləndirdik. Bu xüsusilə insanların daha çox toxunduğu zonalar - kassa, kiosklar, masa və məcməyilərə aiddir. Əməkdaşlarımıza aid və onsuz da ciddi olan təmizlik və gigiyena qaydalarımızı daha da gücləndirdik, iş günü ərzində mütləq olan antibakterial maddə ilə əl yuma prosedurların sayını artırdıq.

Əksər qonaqlarımız bu günlərdə çatdırılma xidmətindən istifadə edərək basket və digər təamlarımızı sifariş etməyi planlaşdırır. Bu səbəbdən bildiririk ki, çatdırılma üzə əməkdaşımız hungry.az mobil əlavəsi də artacaq sifariş sayına tam hazırdır.

Qeyd etdiyimiz kimi, əməkdaşlarımızın səhhətinə böyük diqqət göstərilir və gündəlik nəzarət olunur. Komandamız səhhəti nəzarətdə saxlamaq, gündəlik şəkildə qızdırmanın ölçülməsi, və hansı halda nə kimi tədbirlərin həyata keçirilməsi haqqında ciddi təlimatlandırılıb.

Digər ölkələrdəki partnyorlarimizin və Dövlət orqanlarının təcrübəsinə əsaslanaraq deyə bilirik ki, qonaqlarımız və əməkdaşlarımızı maksimal dərəcədə qorumaq üçün dəqiq hərəkət planımız var.

Markamıza 8 ildən çox sadiq qaldığınız üçün Siz, qonaqlarımıza təşəkkür edirik. Xüsusilə bu kimi günlərdə dəstəyiniz və etibarınızı bizim üçün çox önəmlidir.

Əllərinizi tez-tez yumaq və səhhətinizə nəzarət etməyi unutmayın. Birlikdə öhdəsindən gələcəyik!