Müdir müavini

Restoranın idarəolunması prosesində iştirak edir. Müdir kimi o, qonaqların cəlb edilməsi, işçi heyətinin işə qəbulu və idarəolunması və restoranın gündəlik fasiləsiz işinə cavabdehdir. Müdir müavini təlimçilərin işini koordinasiya edir, restoran menecerlərinin təlimləndirilməsi və sertifikatlaşmasını dəstəkləyir, menecer vəzifəsində olan stajorları şəxsən təlimləndirir.

Bütün əməkdaşları məqsəd göstəricilərinin nail olmasına həvəsləndirir, onları bir komandaya birləşdirir və yaxşı abu-hava yaradır. O, istehsalatın texnoloji proseslərinə, avadanlığın normal işinin təmin etməsinə, həmçinin təhlükəsizlik qaydaları və sanitar normaların riayət olunmasına cavabdehdir.

Tərcümeyi-hal göndərmək

  • Şəxsi keyfiyyətlər

    Mühit

    İlk növbədə biz restoranlarımızda pozitivlik və komanda əhval-ruhiyyəsi üzərində çalışırıq. Biz insanların xoş niyyətlərinə inanırıq və əminik ki, hər bir kəs digərlərindən fərqlənərək komanda işinə mühüm töhfəsini vermək potensialına malikdir. Biz bilərəkdən bizdən fərqlənən insanları axtarırıq. Bununla biz düşünmək sərhədlərimizi genişləndirmək və daha yaxşı qərarlar qəbul etmək imkanını əldə edirik. Biz hər bir kəsi öyrədib dəstəkləyirik və potensiyalını maksimum nümayiş etdirməyə köməklik edirik.

    Layiqli əmək haqqı və hörmət

    Müvəffəqiyyət, inad, Şirkətin standartlarına uyğunluq mütləq mükafatlandırılır. Mükafatlandırma müxtəlif ola bilər-tərifnamədən başlayaraq qiymətli hədiyyələrə qədər. Lakin, Şirkətin rifahına yönəlmiş loyallıq və əmək nəzərə alınacaq.

    Təhsil

    Şirkətimiz menecerlərin 3 növ təlim proqramından istifadə edir. İlki olaraq, bu təlimlər yeni menecerlər üçün nəzərdə tutulur. Təlimlərdə attestasiyadan keçən əməkdaş artıq yeni vəzifəsində işinə tam hazır olur. Bu proqramlar kifayət qədər uzun müddətlidir və namizədin vəzifəsi və hazırlıq səviyyəsindən asılı olaraq 6 həftədən 20 həftəyədək uzana bilər. İkinci növbədə, hazırda işləyən menecerlər üçün nəzərdə tutulmuş seminarlar. Bu seminarların məqsədi - peşəkar bacarıqların təkmilləşdirilməsi, yeni idarəçilik texnologiyaların tətbiqi.

  • Vəzifənin müsbət tərəfləri

    Qeyri-standart düşün!

    Biz sənə qeyri-standart düşünmək, stereotip və şablonlardan uzaq olmağı öyrədəcəyik. Bizimlə sən hər gün yeni bilik və bacarıqlar əldə edəcəksən, yeni insanlarla görüşəcəksən, yeni ideya və qeyri-standart qərarlar isə özlərini gözlətməyəcəklər! Özündə və həyatında yeni səmtlər aşkar edəcəksən.

    Asanlıqla ünsiyyət qur!

    Hər bir kəslə hər zaman dil tapmaq. Düşünürsən bu real deyil? Biz sənə ünsiyyət qurmaq sənətinin sirrini açıqlayacayıq! Qonaq və ya komanda ilə iş - nə etdiyindən asılı olmayaraq, indi hər vəziyyətdə düzgün söz tapacaqsan!

    Lider ol!

    Sən ilhamlandırırsan, sənə inanırlar və ardınca gedirlər! Bizimlə sən nəyinki idarə etmək, inandırmaq və ardınca digərlərini aparmağı öyrənəcəksən, həmçinin həyatın bütün sahələrində lider ola biləcəksən!

    Arzularını həyata keçir!

    Məqsəd qoyub ona nail olmaq -müvəffəqiyyətin rəhnidir. Bizim pozitiv əhval-ruhiyyəmiz və enerjimiz - sənin qələbən üçün daha yaxşı nə ola bilər!