Restoran müdiri

Restoranın işini idarə edir. Müdirin məqsədləri - restoranın fasiləsiz işini təmin etmək, yeni qonaqları cəlb etmək, restoranın gəlirini artırmaq, işçi heyətini işə qəbul etmək və komanda formalaşdırmaqdır.

Müdir - qərar qəbul edən şəxsdir. O, restoranın işini istiqamətləndirir, qonaq və işçi heyəti üçün cəlbedici təkrarolunmaz abu-hava yaradır.

Direktor qərarlar qəbul edən şəxsdir, restorandakı işi istiqamətləndirir və restoranda qonaq və heyət üçün cəlbedici olan təkrarolunmaz abu-hava yaradır.

Tərcümeyi-hal göndərmək

  • Şəxsi keyfiyyətlər

    Mühit

    İlk növbədə biz restoranlarımızda pozitivlik və komanda əhval-ruhiyyəsi üzərində çalışırıq. Biz insanların xoş niyyətlərinə inanırıq və əminik ki, hər bir kəs digərlərindən fərqlənərək komanda işinə mühüm töhfəsini vermək potensialına malikdir. Biz bilərəkdən bizdən fərqlənən insanları axtarırıq. Bununla biz düşünmək sərhədlərimizi genişləndirmək və daha yaxşı qərarlar qəbul etmək imkanını əldə edirik. Biz hər bir kəsi öyrədib dəstəkləyirik və potensiyalını maksimum nümayiş etdirməyə köməklik edirik.

    Layiqli əmək haqqı və hörmət

    Müvəffəqiyyət, inad, Şirkətin standartlarına uyğunluq mütləq mükafatlandırılır. Mükafatlandırma müxtəlif ola bilər-tərifnamədən başlayaraq qiymətli hədiyyələrə qədər. Lakin, Şirkətin rifahına yönəlmiş loyallıq və əmək nəzərə alınacaq.

    Təhsil

    Şirkətimiz menecerlərin 3 növ təlim proqramından istifadə edir. İlki olaraq, bu təlimlər yeni menecerlər üçün nəzərdə tutulur. Təlimlərdə attestasiyadan keçən əməkdaş artıq yeni vəzifəsində işinə tam hazır olur. Bu proqramlar kifayət qədər uzun müddətlidir və namizədin vəzifəsi və hazırlıq səviyyəsindən asılı olaraq 6 həftədən 20 həftəyədək uzana bilər. İkinci növbədə, hazırda işləyən menecerlər üçün nəzərdə tutulmuş seminarlar. Bu seminarların məqsədi - peşəkar bacarıqların təkmilləşdirilməsi, yeni idarəçilik texnologiyaların tətbiqi.

  • Vəzifənin müsbət tərəfləri

    Qeyri-standart düşün!

    Biz sənə qeyri-standart düşünmək, stereotip və şablonlardan uzaq olmağı öyrədəcəyik. Bizimlə sən hər gün yeni bilik və bacarıqlar əldə edəcəksən, yeni insanlarla görüşəcəksən, yeni ideya və qeyri-standart qərarlar isə özlərini gözlətməyəcəklər! Özündə və həyatında yeni səmtlər aşkar edəcəksən.

    Asanlıqla ünsiyyət qur!

    Hər bir kəslə hər zaman dil tapmaq. Düşünürsən bu real deyil? Biz sənə ünsiyyət qurmaq sənətinin sirrini açıqlayacayıq! Qonaq və ya komanda ilə iş - nə etdiyindən asılı olmayaraq, indi hər vəziyyətdə düzgün söz tapacaqsan!

    Lider ol!

    Sən ilhamlandırırsan, sənə inanırlar və ardınca gedirlər! Bizimlə sən nəyinki idarə etmək, inandırmaq və ardınca digərlərini aparmağı öyrənəcəksən, həmçinin həyatın bütün sahələrində lider ola biləcəksən!

    Arzularını həyata keçir!

    Məqsəd qoyub ona nail olmaq -müvəffəqiyyətin rəhnidir. Bizim pozitiv əhval-ruhiyyəmiz və enerjimiz - sənin qələbən üçün daha yaxşı nə ola bilər!